5 C
Baku
Friday, November 8, 2024

Çin beynəlxalq tibb ekspertlərini ölkəyə buraxmadı

Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) iki nəfər ekspertini koronavirus testi müsbət çıxdığı üçün ölkəyə buraxmayıb.

TASS xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lician brifinq zamanı bildirib:

“ÜST-nin 15 nəfərlik missiyasında bir nəfər Böyük Britaniyadan və bir nəfər də Qətərdən olan ekspertin Sinqapur hava limanında keçirdikləri tranzit testlərində IgM anticisimlərə dair testlər müsbət nəticə verib”, – XİN rəsmisi qeyd edib.

Qeyd edək ki, ÜST missiyası koronavirusun mənşəyini öyrənmək üçün virusun ilk olaraq qeydə alındığı Uuhan şəhərinə gəlib. Mövcud qaydalara əsasən, ekspertlərin 14 günlük karantin keçəcəklərini və bu müddət ərzində yerli həmkarları ilə videokonfrans formatında ünsiyyət quracaqları diqqətə çatdırılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər