17 C
Baku
Monday, May 6, 2024

2 bank və 1 sığorta şirkətinin səhmdarı olan şirkət yenidən təşkil olunur

Azərbaycanda 3 iri maliyyə təşkilatının səhmdarı olan “Yevro Standart” MMC şirkəti yenidən təşkil olunur.

Banker.az xəbər verir ki, “Grand-Lead” Məhdud Məsuliyyətli Cəmiyyəti  fəaliyyətinə xitam verilərək “Yevro Standart” MMC-yə qoşulduğunu və “Yevro Standart” Məhdud Məsuliyyətli Cəmiyyəti “Grand-Lead” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edir.

Qeyd edək ki, ASC “Xalq” Bankının nizamnamə kapitalının 33.85% -i, “Bank Avrasiya” ASC-nin nizamnamə kapitalının 37,50%-i və “Xalq Sığorta” ASC-nin nizamnamə kapitalının 50%-i  “Yevro Standart” şirkətinə məxsusdur.

“Yevro Standart” MMC şirkəti “PAŞA Holdinq” ilə eyni ünvanda fəaliyyət göstərir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər