TƏLƏBLƏR:
- Mikro və SME (biznes) kreditləşmə sahəsində ən azından mütəxəssis üçün 1 il, baş mütəxəssis üçün 2 il iş təcrübəsi
- Kredit sifarişlərində olan məlumatların təkrar yoxlanılması və təhlil olunması, sifarişçinin ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi
- Biznesə aidiyyatı şəxsləri yoxlanılması və araşdırılması
- MKR-də olan məlumatlarla sifarişçinin kredit tarixçəsi haqda fikir formalaşdırma bacarığı,
- Maliyyə hesabatlarının (balans, mənfəət/zərər, cash flow) tərtib etmə və interpretasiya etmə (oxuma) bacarığı
- Analitik düşüncə qabiliyyəti
- Gələcəkdə baş verə biləcək kredit risklərini dəyərləndirmə və öncədən görəbilmə bacarığı
- Müxtəlif biznes sahələrində işin gedişatından və bazardakı vəziyyətdən xəbərdar olma
İŞÇININ VƏZIFƏSI:
- Detallara qarşı diqqətli olma, dəqiqlik və qərəzsizlik (neytrallıq)
- Satış strukturları (filiallar) ilə effektiv ünsiyyət qurma və araşdırma qabiliyyəti və tələbkarlıq
- Komandada və stress altında işləmə, verilən tapşırıqları vaxtında və səhvsiz icraetmə bacarığı
- Eyni vaxtda bir neçə layihə ilə məşğul olma bacarığı
Qeyd: Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.