23 C
Baku
Wednesday, October 9, 2024

Bakı şəhəri üzrə cəlb olunmuş əmanətlər azalıb

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, hazırda cəlb olunmuş əmanətlər 7 005 414,3 manat təşkil edib ki, bu da ötən ay ilə müqayisədə 45 748.4 min manat çoxdur.

İlin əvvəlindən isə cəlb olunmuş əmanətlər 413 753.6 min manat, yəni 8.5% artıb.

Cəlb olunmuş əmanətlərin 92% Bakı şəhərinin payına düşür. Belə ki, təkcə Bakı şəhəri üzrə cəlb olunmuş əmanətlər 6 470 120,8 min manat təşkil edir. Onu da qeyd etmək lazımdır ki, Bakı şəhəri üzrə cəlb olunmuş əmanətlərdə son 1 ay ərzində 40 112.1 min manat azalma müşahidə olunub.

Digər regionlara gəldikdə isə

Abşeron iqtisadi rayonu – 166 033,8 min manat, Aran iqtisadi rayonu- 164 817,6 min manat, Dağlıq Şirvan iqtisadi rayonu – 15 924,6 min manat, Gəncə-Qazax iqtisadi rayonu- 61 944,7 min manat, Quba-Xaçmaz iqtisadi rayonu – 20 678,7 min manat, Lənkəran iqtisadi rayonu – 43 619,5 min manat, Şəki-Zaqatala iqtisadi rayonu – 23 660,8 min manat, Naxçıvan iqtisadi rayonu – 19 841,7 min manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər