20 C
Baku
Wednesday, October 9, 2024

Ötən il xaricə satılan bu məhsullar ölkəyə 142 mln. dollar valyuta gətirib

2020-ci ildə Azərbaycandan ixrac olunan polietilenin dəyəri 77 milyon 722 min ABŞ dolları təşkil edib.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ixrac edilən polietilen 110 min 671 ton təşkil edib.

Bu dövrdə polipropilen ixracı isə 64 milyon 462 min ABŞ dolları dəyərində 77 min 526 ton təşkil edib.

Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında polietilen ixracı 4.20%,  polipropilenin ixracı isə 3.48% paya malik olub.

Son xəbərlər
Digər xəbərlər