6 C
Baku
Sunday, December 15, 2024

Koronavirusa yoluxan Ermənistan prezidenti müalicəsini ev şəraitində davam etdirəcək

Ermənistan prezidenti Armen Sarkisyan yaxın günlərdə xəstəxanadan çıxacaq və koronavirusdan müalicəsini ev şəraitində davam etdirəcək.

“Novosti Armeniya” xəbər verir ki, məlumat dövlət başçısının Mətbuat xidməti yayıb.

Bildirilib ki, o, yaxın günlərdə xəstəxanadan buraxılacaq: “Prezidenti müalicəsinin həkimlərin müşayiət altında ev şəraitində davam etdirəcək. Ona yataq rejimi məsləhət görülüb. Sağalandan sonra həkimlərin uyğun icazəsi ilə Ermənistana qayıdacaq. O vaxtadək işdən kənarda qalacaq”.

Qeyd edək ki, yanvarın 5-də Londona səfəri zamanı A.Sarkisyanda koronavirusun yeni ştammı aşkarlanıb. Onu yanvarın 13-də yüksək hərarətlə hospitala yerləşdiriblər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər