2020-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlirin məbləği məlum olub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.
Hesabat dövründə ölkənin pərakəndə ticarət şəbəkəsində satılan avtomobil benzini və dizel yanacağından 2 milyard 040.8 milyon manat gəlir əldə olunub. 2019-cu ildə isə avtomobil yanacağından 2 milyard 310.5 milyon manat gəlir əldə edilmişdir ki, bu da illik müqayisədə 12% azdır.
Onu da qeyd edək ki, cari ilin yanvar-noyabr ayında isə pərakəndə ticarət şəbəkəsində satılan avtomobil yanacağından 1 milyard 869.1 milyon manat gəlir əldə olunmuşdur.