Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakının Suraxanı rayonu Hövsan qəsəbəsinin qərb hissəsindəki ərazidə daha bir binanın tikintisi üçün müraciət edib.
Banker.az-ın əldə etdiyi məlumata görə, yaşayış kompleksinin baş planı üzrə 11 nömrəli 2 girişli 9 mərtəbəli yaşayış binası tikiləcək.
Yeni tikiləcək binanın otaq sayları 1-5 arasında, tikinti ərazisinin sahəsi 18.81 hektar, tikinti sahəsi isə 708.07 m-kv olacaq. Tikintinin ümumi həcmi isə 20 871.71 m-kub təşkil edəcək.
Bina iki girişdən ibarətdir.
Qeyd edək ki, sifarişin tikinti aparmasına icazə 28 dekabrda verilib.