Sumqayıt Kimya Sənaye Parkında açılan “Azerfloat” vərəqə şüşə istehsalı müəssisəsi və təməli qoyulan “Azərsulfat” sulfat turşusu, “Glassica” şüşə tara istehsalı zavodları idxalı əvəzləyəcək.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında bildirib.
Nazir qeyd edib ki, bu, yerli istehsala təkan verəcək, xaricə valyuta axınının azalmasına əlavə imkan yaradacaq.