11 C
Baku
Wednesday, December 11, 2024

Tramp bəzi ölkələrin vətəndaşlarının ABŞ-a giriş məhdudiyyətlərini ləğv etdi

Birləşmiş Ştatların hazırkı prezidenti Donald Tramp koronavirusa görə bir sıra ölkələrin vətəndaşlarının ABŞ-a giriş məhdudiyyətlərini ləğv edib.

Bu barədə xarici mətbuata xəbər verir.

Trampın bununla bağlı imzaladığı fərmana əsasən, giriş qadağası Böyük Britaniya, İrlandiya, Braziliya, Şengen zonasının vətəndaşları üçün ləğv olunub. Bu halda Çin və İranla bağlı məhdudiyyətlər qüvvədə qalır.

Fərmanda qeyd edilir ki, bu addım Səhiyyə Nazirliyi ilə razılaşma və 12 yanvar sərəncamları nəzərə alınaraq atılıb.

Avropa ölkələrinin əksəriyyətinin vətəndaşlarının ABŞ-a girişinə məhdudiyyətlər 2020-ci ilin martında tətbiq olunub, Braziliya bu siyahıya ötən ilin mayında əlavə edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər