1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda bu günə qədər koronovirusla bağlı vəziyyət – 200 mindən çox yoluxma

Koronovirus ilk dəfə ötən ilin dekabr ayında Çinin Uhan şəhərində meydana çıxıb.

Pandemiya yayılmağa başlayandan bu ilin 19-na kimi dünyada 96 milyondan çox insan koronovirusa yoluxub.

Azərbaycanda bəs vəziyyət necədir?

Belə ki, cari ilin 19-na kimi Azərbaycanda 227 min 391 nəfər koronovirusa yoluxub, 215 min 771 nəfər sağalıb. Azərbaycanda aktiv xəstə sayı isə 8 min 598 nəfərdir.

Bundan başqa koronovirus yayıldığı gündən Azərbaycanda 2 milyon 321 min 592 test aparılıb ki, nəticədə ölüm sayı  3 min 22 nəfərdir.

Son sutkada isə 118 nəfər koronovirusa yoluxub, 503 nəfər sağalıb. 13 nəfər ölüb. Test sayı isə 3 min 399-dur.

Azərbaycanda vaksinasiya isə yanvarın 18-dən başlanıb.  Azərbaycanda isə COVID-19 əleyhinə ilk olaraq Səhiyyə naziri Oqtay Şirəliyev  peyvənd olunub.

Nazirlə yanaşı, nazir müavinləri və digər rəsmi şəxslərə də koronavirus əleyhinə peyvənd vurulub.

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda Çin istehsalı olan “CoronaVAC” vaksini ilə peyvəndlənmə həyata keçirilir.

 

Son xəbərlər
Digər xəbərlər