“Twitter”, “Pinterest” və “Periscope” Türkiyədə nümayəndəlik açmaq öhdəliyini yerinə yetirmədikləri üçün respublikada yeni reklam müqavilələrindən məhrum edilirlər.
Banker.az “TASS”a istinadən xəbər verir ki, bu barədə türk tənzimləyicisinin çərşənbə axşamı yayımlanan qərarında deyilir.
Türkiyə İnformasiya Texnologiyaları və Kommunikasiya Şurası yerli şirkətlərə və fiziki şəxslərə bu platformalarda reklam yerləşdirməyi qadağan edib. Bildirildiyi kimi, bu qaydanı pozan reklamçılara qarşı 1 milyon türk lirəsi (təxminən 135 min dollar) cərimə cəzası tətbiq ediləcək. Qeyd edək ki, xidmətlərin özləri Türkiyədə nümayəndəlik açmaqdan imtina etdikləri üçün 30 milyon lirə (4 milyon dollar) cərimə edilmişdir.
Hazırda “Twitter”, “Pinterest” və “Periscope” rəhbərliyinin Ankaranın qərarına necə reaksiya göstərdiyi və nümayəndəliklərin açılması məsələsinə baxıb-baxmayacaqları haqqında heç bir məlumat mövcud deyil.