5 C
Baku
Saturday, December 14, 2024

Merkel Almaniyada kütləvi vaksinləmənin müddətini açıqlayıb

Almaniya hakimiyyəti koronavirusa qarşı peyvəndin ölkənin bütün vətəndaşları üçün yayın sonuna qədər əlçatan olacağını nəzərdə tutur.

“RİA Novosti” xəbər verir ki, bunu AFR-ın kansleri Angela Merkel deyib.

“Razılığa gəldik, öz tərəfimizdən hər şeyi edək ki, peyvənd yay sonuna qədər hər bir vətəndaşa təklif edilsin, lakin bu, əlbəttə peyvəndlərin istehsalçılarından asılıdır, ancaq öz tərəfimizdən əlimizdən gələni edəcəyik” – deyə region rəhbərləri ilə görüşdən sonra o deyib.

AFR-da vaksinləmə ötən ilin 27 dekabrında başlayıb, bu günə qədər 1,2 milyon insan birinci dəfə peyvənd olunub, onlardan demək olar, 25 min nəfəri atıq ikinci dəfə peyvənd edilib.

Almaniyada pandemiyanın başlanğıcından koronavirusa 2 milyondan çox yoluxma qeydə alınıb. Ölkədə 47 mindən çox insan təhlükəli infeksiyadan ölüb

MənbəReport
Son xəbərlər
Digər xəbərlər