17 C
Baku
Monday, May 6, 2024

“Bayraq+ABS”

Müəllif: Vüsal Məmmədov , “İnForex” jurnalının baş redaktrou

“Bayraq” patterni demək olar ki, hamıya tanışdır. Onun yaxşı “işlədiyini” çoxları etiraf edir. Amma bu patternin əsasında qurulan strategiyalara çox az-az rast gəlinmir. Onlardan biri də “Bayraq+ABS” adlı sistemdir.

“Bayraq+ABS” patterni bazarda tez-tez yaranır. Ona əsasən güclü hərəkətlərdən sonra rast gəlinir. Bu, trendin davam etməsindən əvvəlki konsolidasiya modelidir.

vüsalStrategiya ilə işləməyin qaydaları:

– Güclü hərəkət olan zonanı seçirik
– Konsolidasiyanı gözləyirik
– İlk korreksiya dalğasından sonra bazara girmək olmaz! Biz “bayraq” modelinin daxilində 3 dalğanı görməliyik: A, B və C
– C dalğasının formalaşıb qurtardığına əmin olandan sonra əsas trendin istiqamətində bazara girmək olar
– C dalğasının bitdiyini ən azı 2 əlavə siqnal təsdiqləməlidir: məsələn, fibo-səviyyə, divergensiya, MA-ların kəsişməsi və s. kimi
A-CB nöqtələrindən keçən kanal qururuq. Qiymətin kanaldan çıxması trendin bərpasına siqnal verəcək
– “Stop-loss” əmri C nöqtəsindən aşağıda yerləşdirilməlidir
– Bu patterni müxtəlif qrafik alətlərlə inteqrasiya etmək olar
– Patternə müxtəlif zaman periodlarında rast gəlinir.

Şəkil 1-də yalnız “Bayraq+ABS” patternini görürsünüz. Şəkil 2-də isə o, digər qrafik alətlərlə inteqrasiya edilib. Göründüyü kimi, C dalğasının bitməsi ən azı 2 əlavə siqnalla təsdiqlənəndə, doğrudan da, bazara etibarlı giriş setapı əldə olunur.

Şəkil 1. “Bayraq+ABS” patterni

bayrag12Şəkil 2. “Bayraq+ABS” patterninin digər qrafik alətlərlə inteqrasiyası

bayrag13

Əgər diqqətlə fikir versəniz, bizim misaldakı B dalğasının özü də kiçik “Bayraq+ABS” patternindən ibarətdir. Onu 1 saatlıq qrzfikdə daha aydın görmək olar (şəkil 3).

Öz növbəsində, 3-cü şəkildə göstərilən kiçik b dalğası da həmçinin eyni patterndən ibarətdir. Bu isə təsdiqləyir ki, “Bayraq+ABS” patterni bütün zaman peroidlarında özünü doğruldur.

Şəkil 3. Patternin daxilində pattern

bayrag14

Son xəbərlər
 ⁠
Digər xəbərlər