1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda buğda sahələri və yığımı kiçilir, idxala görə xaricə valyuta axını artır

BANKER.AZ- Azərbaycan taxıl yığımı üçün 2020-ci il bir qədər “uğursuz” keçib.

2020-ci il ərzində ölkə ərazisində 588.4  min ha. ərazidə buğda yığımı ( bu 2019 da 670 min ha. idi) və 345 min ha ərzində arpa (2019: 342 min ha.) yığımı həyata keçirilmişdi. Bunlar Dövlət Statistika Komitəsinin ilin yekunlarına dair statistik açıqlamalarında deyilir.

Təbii olaraq, əkin sahələrinin daralması və məhsuldarlığın aşağı düşməsi buğda yığımının həcminə önəmli təsir edib. Ölkədən 300 milyon dollara yaxın valyutanı xaricə axıdan buğda yığımının həcmi 2020-ci il üzrə 1 milyon 867.3 ton təşkil edib. Bu öncəki illə müqayisədə 304.2 min ton və yaxud 14% öncəki illə müqayisədə az olması deməkdir. Ölkədə 2018-ci ildə 2 milyon 171.5 min ton və 2019-cu ildə isə 2 milyon 42.9 min ton həcmində buğda yığılmışdı.

Ötən ilin yekunlarına dair Azərbaycanın Kənd təsərrüfatı naziri İman Kərimov quraqlığı əsas gətirməklə əkinçiliyə önəmli təsirini Prezidentlə müşavirədə bildirmişdi.

Azərbaycan buğdanın məhsuldarlığını son ildə qaldıra bilməyib, əksinə, düşüb. 2020-ci il üzrə hər hektara 31.7 sentner ( 3170 kq) buğda yığılıb. 2019-cu ildə hər hektara 32.4 sentner (3240 kq) və 2018-ci ildə isə 30.1 sentner buğda yığımı olmuşdu.

agrar bicin bugda kent teserrufati kombayn 1
Buğda yığımı

Buğda istehsalı ilə bağlı ümidlər 2021-ci il üçün də bir o qədər də ürəkaçan məcrada deyil. Məsələn, KTN-nin bu il üçün açıqladığı məlumatlara görə, 594 896.6 hektarı buğda, 367 230.1 hektarı arpa, 276 hektarı isə çovdar səpini aparılıb. 2020-ci ilin eyni müddəti ilə müqayisədə buğda əkini sahəsi 6.5% azaldılmış, arpa əkini sahələri 0.3% artırılıb.

Ən çox buğda bitkisi əkən rayonlar bunlardır:

  • Şəki şəhəri – 36 180.3 hektar (öncəki il: 42747.5),
  • Cəlilabad – 56 500 hektar (54979.1 ha)
  • Şamaxı – 30 371.8 hektar (28556.4 ha),
  • Füzuli – 28 559 hektar (28 778 ha),
  • İsmayıllı – 22 719 hektar (22 712 ha),
  • Ağcabədi – 21 612.1 hektar (Öncəki il siyahıda yer almamışdı,
  • Qobustan – 18 927 hektar (20 696 ha).
Wheat Combine bugda cargo
Buğda karqoya yüklənir

Bildirək ki, ötən il ərzində buğda idxalı Azərbaycandan xaricə 296.91 mln. ABŞ dolları vəsaitinin xaricə axmasına səbəb olub. Bu da idxal olunan məhsulları siyahısında ilk pillədə durması deməkdir. Ölkəmizə buğdanın 99%-i Rusiya Federasiyasından gətirilir. Buğda idxalının həcmi isə 1 milyon 365.10 min ton təşkil edib.

Arpa sahələrinin genişlənməsinə rəğmən, ölkədə məhsuldarlıq 2020-ci ildə aşağı düşdü. Ötən il ərzində ölkədə hər hektardan 29.6 sentner buğda yığılıb, bu, 2019-cu il üzrə 29.7 sentner idi.

Ümumi ölkə üzrə 1 milyon 20.1 min ton arpa yığılıb. Bu artıma səbəb isə əkin sahələrinin genişləndirilməsidir.

Son xəbərlər
Digər xəbərlər