15 C
Baku
Friday, November 8, 2024

“Sputnik V” peyvəndini təsdiqləyən ilk AB ölkəsi Macarıstan oldu

Macarıstan Rusiyanın “Sputnik V” peyvəndini təsdiqləyən ilk Avropa İttifaqı ölkəsi olub.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Bildirildiyi kimi, preparat Macarıstan tənzimləyicisinin mütəxəssis qərarına əsasən təcili istifadə üçün təsdiq edilmişdir.

Qeyd edək ki, təsdiqetmə prosesi sürətləndirilmiş qaydada keçib. Preparatın veb-saytındakı Əlcəzair, Argentina, Serbiya, Fələstin, Venesuela, Paraqvay, Türkmənistan və Belarusda qeydiyyata alındığı bildirilir.

Rusiyada “Sputnik V” peyvəndi rəsmi olaraq 11 avqust tarixində təsdiq edilib. Yanvarın 18-də isə ölkədə kütləvi vaksinasiyaya başlanılıb. 2021-ci ildə Rusiya hökuməti əhalinin 60%-ni vaksinasiya etməyi planlaşdırır.

Rusiya peyvəndinin effektivliyi 92% səviyyəsində qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər