“Azersun Holdinq”ə yaxın bank “Azərbaycan Sənaye Bankı” ASC-nin ötən ilin son rübündə müştərilərə verdiyi kredit və onlardan cəlb etdiyi depozit portfeli kiçilib.
Banker.az bu barədə bankın 2020-ci il üzrə maliyyə hesabatına istinadən xəbər verir.
Bankın müştərilərə verdiyi kredit portfeli son üç ay ərzində 28.19 mln. manat (8.2%) azalmaqla 316.99 milyon manata düşüb. Son üç ayda aktivlərində mühüm azalma digər bank və maliyyə institutlarındakı depozitlərin 1.2% azalaraq 444.04 mln. manata düşməsidir. Bankın aktivlərinin 98.27 mln. manatı digər banklardakı müxbir hesablar, 25.81 mln. manatı AMB-dəki müxbir hesab, 13.06 mln. manatı nağd vəsaitlər və 1.97 mln. manatı isə əmlak təşkil edib.
Bankın cəmi aktivlərinin həcmi 911.51 mln. manat olub.
MÜŞTƏRİLƏRİN DEPOZİTLƏRİ “ƏRİYİB”
“ASB Bank” 2020-ci ilin son rübündə müştərilərdən cəlb etdiyi depozitlərin 22.34 mln. manatı geri çəkilib. Portfel son üç ayda 3.4% azalmaqla 639.93 mln. manata qədər azalıb. Depozitlərdəki azalma illik müqayisə ilə götürdükdə daha çox kiçilib. İlin əvvəli ilə müqayisədə ASB Bankın depozitlərinin həcmi 75.2 mln. manat (10.5%) azalıb.
Bankın öhdəliklərinin 114.14 mln. manatı banklar və digər maliyyə institutlarının depozitləri təşkil edib. Bununla da bankın cəmi öhdəliklərinin həcmi 807.36 mln. manat olmuşdur.
ASB Bankın cəmi kapitalı 104.14 mln. manat olub. Burada, 60 mln. manatı səhm kapitalı, 38.13 mln. manatı bölüşdürülməmiş mənfəət 6.01 mln. manatı isə ümumi ehtiyatlar təşkil edib.