“Bu gün Türkmənistan və Azərbaycan nisbətən gənc müstəqil dövlətlərdir. Bizim müstəqil dövlətlərə çevrilməyimizdən hələ 30 il keçməyib, lakin bu illər ərzində çox böyük uğurlar qazana bilmişik”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla videokonfrans formatında görüşündə deyib.
Azərbaycan Prezidenti bildirib ki, məsələn, bu gün inamla irəliləyirik, sosial rifah, iqtisadi inkişaf, qlobal transmilli layihələr sahəsində çox mühüm məsələləri həll edirik: “Ölkələrimiz investisiyalar üçün açıqdır. Xarici şirkətlər həm Türkmənistana, həm də Azərbaycana inamla böyük vəsait yatırırlar. Ona görə ki, əmindirlər, onların vəsaitləri qorunacaq, bizim ölkələrdə siyasi sabitliyə əmindirlər, o da bu gün ən mühüm inkişaf amilidir. Sabitlik olmadan inkişaf mümkün deyil. Sabitlik tərəqqiyə, rifaha, investisiyalara, ən iri beynəlxalq şirkətlərin diqqətinə və bununla da ölkələrin beynəlxalq aləmdə rolunun, onların təsirinin möhkəmlənməsinə gətirib çıxarır. Bu gün ölkələrimizin həm tarixi, həm də mədəni baxımdan oxşarlığı, ortaq köklərimiz, ortaq dilimiz, ortaq dinimiz barədə danışarkən, biz, əlbəttə, bütün bu müsbət cəhətləri belə səmərəli əməkdaşlığa transformasiya etmişik. Beləliklə, bu gün biz, sadəcə, Xəzərdə bir yataq haqqında Memorandum imzalamırıq, bu gün biz münasibətlərimizin gələcək uğurlu inkişafında çox mühüm addım atırıq.
Hörmətli Qurbanqulu Məlikquluyeviç, Sizi təbrik etmək, qardaş türkmən xalqına bir daha ən xoş arzularımı bildirmək, Sizə möhkəm cansağlığı, təşəbbüslərinizdə uğurlar arzu etmək istərdim. Abadlıq, şəhərsalma sahəsində çox böyük səylərinizi də qeyd etmək istərdim. Mən bilirəm ki, Siz həm Aşqabadda, həm də digər şəhərlərdə şəhərsalma layihələrinə şəxsən rəhbərlik edirsiniz. Buna görə də Sizin dostlarınız, qardaşlarınız kimi Aşqabada gələndə biz ürəkdən sevinirik ki, müasir, gözəl, sakinlər üçün rahat şəhər yaradılıb. Bu, Sizin ölkənin inkişafına yönəlmiş çoxillik səylərinizin və öz xalqınıza bağlılığınızın, ona sədaqətinizin nəticəsidir. Sonda bizim birliyimizi, bir növ təsdiqləyərək Türkmənistanda da aydın başa düşüləcək sözləri demək istəyirəm – yaşasın Azərbaycan-Türkmənistan