“Apple” 2022-ci ildə təqdim ediləcək VR-dəbilqə üzərində işləyir.
Banker.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.
Qeyd edildiyi kimi, “Apple” “Facebook”un “Oculus” və “Sony”nin “PayStation VR” şirkəti ilə rəqabət aparmaq istəyir. Mənbələrdən verilən məlumata görə, bu cihaz rəqibləri ilə müqayisədə daha baha olacaq.
Hal-hazırda “Apple”ın bütün dünya üzrə 500-dən çox mağazası var. Hesablamalara görə, VR-dəbilqələrin illik satış həcmi 180 min cihaz təşkil edəcək.
Ehtimallara görə, bu dəbilqələr güclü prosessor və soyutma sistemi ilə təchiz ediləcək.
Cihazın çəkisini azaltmaq üçün “Apple” istifadəçilərin üzü və dəbilqə arasındakı məsafəni götürəcək. Bunun əvəzinə dəbilqədə ekran üzərinə linza taxmaq funksiyası olacaq. Eyni zamanda, çəkini azaltmaq üçün şirkət dizaynda parçadan istifadə etməyi planlaşdırır.
Cihaz avtonom olacaq və kompüterə qoşulmadan batareyanın enerjisi ilə işləyəcək.