3 C
Baku
Saturday, December 14, 2024

Noyabr ayında 0.1% inflyasiya olub

2014-cü ilin noyabr ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında məlumat açıqlanıb.

Banker.az Dövlət Statistika komitəsinə istinadən xəbər verir ki, Noyabr ayında Azərbaycanda 0,1 faiz inflyasiya qeydə alınıb.

Həmçinin Noyabr ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 3,7 faiz, o cümlədən birillik bitkilərin və diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri uyğun olaraq 6,0 və 2,6 faiz bahalaşmış, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 0,3 faiz ucuzlaşmışdır.

Birillik bitkilərdən yaşıl paxlalı tərəvəzlərin 15,3 faiz, qabıqdan çıxarılmış, qurudulmuş paxlalı tərəvəzlərin 10,1 faiz, buğdanın 0,4 faiz, qarğıdalının 0,1 faiz, badımcanın 28,6 faiz, pomidorun 24,4 faiz, xiyarın 4,2 faiz, kartofun 3,2 faiz, yem bitkilərinin istehsalçı qiymətləri 1,7 faiz bahalaşmış, arpanın istehsalçı qiymətləri isə 1,6 faiz ucuzlaşmışdır.

Çoxillik bitkilərdən feyxoanın 36,7 faiz, xurmanın 2,4 faiz, alma və limonun istehsalçı qiymətləri 0,7 faiz ucuzlaşmış, armudun 27,4 faiz, şabalıdın istehsalçı qiymətləri isə 10,5 faiz bahalaşmışdır.

Diri heyvanlar və heyvandarlıq məhsullarından yumurtanın 11,1 faiz, südün 8,0 faiz, quş ətinin (diri çəkidə) 1,4 faiz, təbii balın istehsalçı qiymətləri isə 0,3 faiz bahalaşmış, mal ətinin (diri çəkidə) 6,7 faiz, diri qoyun və keçilərin 1,0 faiz, qoyun və keçilərin qırxılmış yuyulmamış yununun və həmçinin diri ev quşlarının istehsalçı qiymətləri isə 0,1 faiz ucuzlaşmışdır.

Son xəbərlər
Digər xəbərlər