9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda sahibkarların sayı 1 milyonu ötüb

2021-ci il yanvarın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyonu keçmişdir.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə hər dörd fərdi sahibkardan üçü “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələri üzrə qeydiyyatdan keçmişdir.

Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (28%), Aran (21.5%), Gəncə-Qazax (13.8%) və Lənkəran (9.6%) iqtisadi rayonlarında qeydiyyata alınmışdır.

 

Son xəbərlər
Digər xəbərlər