Son günlər internet mediasında Eurobank -ın satışa çıxarılması haqqında məlumatlar yayımlanır.
Bankın baş müsahibinin sözlərinə görə EuroBankın satılması haqqında çıxan xəbərlər yalnışdır. Sadəcə bank yeni səhmdarlar cəlb edəcək və bu səhmdarlar “Eurobank”ın səhmlərinin 85%-nə sahib olacaq.
Bank rəsmiləri ilə əlaqə saxlandıqdan sonra bildirilir ki, bankın səhmlərinin satılmasına səbəb Mərkəzi Bankın məcmu kapitalla bağlı tələbinin (50 milyon manat) yerinə yetirilməsidir.
“Eurobank”ın nizamnamə kapitalı 11 milyon manat, məcmu kapitalı isə 7,5 milyon manatdır.