20 C
Baku
Friday, May 3, 2024

Neftin qiyməti həftənin ilk iş gününə ucuzlaşma ilə start verib

Mart fyuçerslərində neftin qiymətləri ucuzlaşıb. Böyük neft istehlakçısı olan ölkələrinin iqtisadiyyatının tələbinin qismən azalması, COVID-19 epidemiyasının yeni yayılma riski treyderlər üçün bu bazarın gələcək perspektivdə hələ də qeyri-müəyyən baxışları vəd edir.

Nyu-Yorkun əmtəə (NYMEX) birjasında WTI markalı xam neftin bir barreli 0.08%  ucuzlaşma ilə 52.23 dollara, Londonun qitələrarası fond birjasında (ICE) Brent markalı xam neftin bir barreli 0.16% ucuzlaşma ilə 55.32 dollara düşüb.

Neft son aylarda koronavirus əleyhinə peyvəndin işə yaraması və hətta bəzi ölkələrdə kütləvi tətbiqinin başlanması, OPEC+ ölkələrinin hasilatla bağlı dəyişməz mövqeyi (hətta S.Ərəbistanın könüllü  mln. barrel-günlük hasilatı azaltması),Birləşmiş Ştatların valyutasının əsas altı rəqibi qarşısında ucuzlaşması ardından mühüm qiymət qazanaraq son 1 ayın maksimumuna yüksəlmişdi.

Lakin, yanvarın ikinci dekadasında Çin və bir sıra Avropa ölkələrindən gələn yeni yoluxma xəbəri ardından neftin qiymətində yeni təzyiqlər artmağa başladı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər