ABŞ prezidenti Cozef Bayden bu yaxınlarda Cənubi Afrikaya səfər etmiş əcnəbilərin Amerika ərazisinə girişinə məhdudiyyətlər tətbiq edəcək.
Banker.az bu barədə rus mətbuatına istinadən xəbər verir.
Qeyd edildiyi kimi, pandemiyanın, o cümlədən koronavirusun yeni növünün yayılmasının qarşısını almaq üçün müvafiq qərar yanvarın 30-u qüvvəyə minəcək.
Bundan əlavə, prezident Vaşinqton administrasiyasının keçmiş rəhbəri Donald Trampın Braziliya, Böyük Britaniya, İrlandiya və Şengen ölkələrinin vətəndaşlarına giriş icazəsini yanvarın 25-də ləğv edəcək. Bəzi mütəxəssislər mövcud peyvəndlərin Cənubi Afrika ştammına qarşı təsirli olmayacağından qorxurlar.
Xatırladaq ki, yanvarın 21-də Bayden ABŞ-a xaricdən hava yolu ilə gələn bütün səyahətçilərə qarşı karantin rejiminin tətbiq ediləcəyini açıqlamışdır.
Con Hopkins Universitetinin məlumatlarına görə, pandemiya başlayandan bəri ABŞ-da 25 milyondan çox yoluxma hadisəsi təsbit edilib, onlardan 418 nəfər dünyasını dəyişib. Hər iki göstəriciyə görə ABŞ dünyada ikinci yerdədir.