1871-ci ildə amerikalı vəkil Klement Vallandigem barda dava zamanı bir nəfəri qətlə yetirməkdə təqsirli bilinən bir şəxsi müdafiə edirdi. O təqsirli bilinən şəxsi müdafiə məqsədilə elan edir ki, qətlə yetirilmiş şəxs ehtiyatsızlıq edərək, cibindən silahı çıxararkən özü-özünə atəş açmışdır.
Vallandigem hadisələrin gedişatını canlandırmaq məqsədilə silahı cibinə qoyur. Bu zaman o elə düşünürdü ki, silah tamamilə boşdur. Nəticədə cibindən silahı çıxaran vəkil özünə atəş açır. O aldığı güllə yarasından dünyasını dəyişsə də, müdafiə etdiyi şəxs məhkəmə qarşısında günahsızlığına dair bəraət qazanır.