7 C
Baku
Sunday, December 15, 2024

TƏBİB: “”COVAX” proqramı çərçivəsində peyvəndin aprel ayında gətirilməsi gözlənilir”

”COVAX” proqramı çərçivəsində Azərbaycana peyvəndin ilkin mərhələdə aprel ayında gətirilməsi gözlənilir.

Bu barədə TƏBİB-dən bildirilib. Məlumata əsasən, proqram çərçivəsində hansı peyvənd namizədin seçiləcəyi ilə bağlı rəsmi məlumat yoxdur.

Qeyd olunub ki, ölkəmiz ötən ilin sonlarından “COVAX” platforması çərçivəsində danışıqlara başlayıb: “Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər Azərbaycana da gətirilməsi nəzərdə tutulub. Artıq ölkəmiz də daxil olmaqla, 50-ə yaxın dövlətin vaksinlərin əldə edilməsi məqsədilə platformada iştirakı təsdiqlənib və bu istiqamətdə danışıqlar davam edir”,-deyə məlumatda bildirilib.

Qeyd edək ki, ÜST “COVAX” proqramı çərçivəsində 40 milyon doza COVID-19 peyvəndini tədarük etmək üçün Pfizer/BioNTech ilə müqavilə imzalayıb. “COVAX” proqramı çərçivəsində peyvəndlərin paylanmasına fevral ayında başlanılacaq. Bu il 2 milyard doza peyvəndin göndərilməsi planlaşdırılıb.

Son xəbərlər
Digər xəbərlər