6 C
Baku
Sunday, December 15, 2024

Hindistan hökuməti “TikTok” da daxil olmaqla Çinin 59 tətbiqi qadağan edib

Hindistan hökuməti məşhur “TikTok”, “Baidu” və “WeChat” da daxil olmaqla Çinin 59 tətbiqini qadağan edib.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistanın Elektronika və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən “Times of India” yazıb.

“Çin tətbiqlərinə qarşı görülən tədbirlər Hindistanın suverenliyinə və bütövlüyünə, habelə dövlət təhlükəsizliyinə və ictimai asayişə zərər verən fəaliyyətlərlə əlaqədar olaraq İT qanuna əsaslanır”, – nazirlik bildirib.

Android və iOS əməliyyat sistemləri əsasında işləyən cihazların istifadəçiləri dəfələrlə Çin mobil tətbiqetmələrinin fərdi məlumatlardan sui-istifadə etməsi ilə bağlı şikayət ediblər. Xüsusilə, bəzi proqramların cihaz sahiblərinin şəxsi məlumatlarını topladığı, sonra isə Hindistan xaricində yerləşən serverlərə ötürdüyü iddia edilir.

Hindistanda Çin tətbiqlərinə qoyulan qadağa qismən keçən il may ayının əvvəllərində təxminən 250 çinli və hindistanlı əsgərin iştirak etdiyi qarşıdurma ilə əlaqəli olub. Belə ki, hərbi toqquşma nəticəsində iki ölkə arasında gərginlik yaranıb. Hindistan ordusu mənbələrinə görə, heç bir odlu silah istifadə edilməyib, toqquşmalar zamanı ən azı 20 hindistanlı hərbçi şəhid olub, 76 nəfər yaralanıb.

Son xəbərlər
Digər xəbərlər