Qədimdə insanlar hansısa xəbəri bir-birinə tonqal qalamaqla, təbil çalmaqla çatdırardılar. İndi dünyanın bir nöqtəsindən digərinə informasiyanı saniyədən tez ötürmək mümkündür, həm də günün istənilən saatında. Günün 24 saatı, həftənin 7 günü, ilin 365 gününü xəbərimizi ötürmək, dostlarımızla rahat danışmaq üçün xidmət göstərən insanlar var: onlar rabitə və informasiya texnologiyaları sahəsinin işçiləridir. 6 dekabr Rabitə və İnformasiya texnologiyaları sahəsində çalışanların peşə bayramıdır. Peşə bayramları münasibəti ilə Unibank-ın rabitəçilərə xüsusi hədiyyəsi var. Dekabrın 6-dan 13-dək bank filiallarına müraciət edən rabitə əməkdaşlarını sürprizlər gözləyir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank-hər kəsin bankı.