Azərbaycanda əmək kitabçalarının ardıyca iş yerindən kağız arayışlar da ləğv edilir. Əmək və Əhalisinin Sosial Müdafiəsi nazirliyindən verilən məlumata görə, “iş yerindən arayış”-ın yeni elektron xidməti bu gündən etibarən istismara verilib.
Nazirliyin yeni xidməti Elektron hökumətin portalında (www.e-gov.az) və nazirliyin rəsmi saytında (www.mlspp.gov.az) fəaliyyət göstərir.
Elektron xidmətin bu növünün həyata keçirilməsi əmək müqavilələrinin elektron sistemə keçməsindən sonra mümkün olub.