2020-ci ildə qeyri-neft sektoru üzrə vergi daxilolmaları 5,6 mlrd. manat olub.
Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
Nazir qeyd edib ki, bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir: “Qeyri-neft sektoru üzrə yığılmış vəsaitin cəmi daxilolmalarda xüsusi çəkisi 76%-ə çatıb”.