Azərbaycanda daha çox korporativ bankçılığa istiqamətlənən “Bank Avrasiya” ASC üçün 2020-ci il öncəki illərdən daha “ağır” keçdiyi müşahidə edilir.
2020-ci ildə faiz gəlirləri azalıb, cəmi aktivləri və depozit portfeli kiçilib.
1 yanvar 2021-ci il tarixinə “Bank Avrasiya”nın aktivlərinin həcmi 159.7 mln manat olub, bu da son bir il ərzində 10.74 mln manat, yaxud, 6.3% kiçilmə deməkdir. Aktivlərinin 112.62 mln manatı müştərilərə verdiyi kreditlər, 31.82 mln manatı nağd vəsaitlər, 13.59 mln manatı qiymətli kağızlar, 5.66 mln manatı əmlak, 4.56 mln manatı digər banklara verdiyi kreditlər və 2.9 mln manatı isə digər banklarda yerləşdirdiyi depozitlər təşkil edib.
ŞİRKƏTLƏR DEPOZİTLƏRİ GERİ ÇƏKİR
Hesabat dövrü ərzində “Bank Avarsiya”nın öhdəliklərinin həcmi 12.17 mln manat (12.1%) kiçilib. Öhdəliklərdə kiçilməyə səbəb depozit portfelinin 18.2% illik azalmasıdır. Depozitlərdə isə əsas azalma şirkətlərin depozitlərinin 14.84 mln manatdan 8.45 mln manata qədər azalmasıdır.