Ötən il Böyük Britaniyada cəmi 920 928 avtomobil istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 29,3% azdır. Bu, 1984-cü ildən bəri rekord aşağı göstəricidir.
“Kommersant” verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın İstehsalçılar və Dilerlər Cəmiyyətinin (SMMT) açıqlamasında deyilir.
Bildirilir ki, pandemiya və sərhədlərin bağlanması fonunda ciddi məhdudlaşdırıcı tədbirlərin tətbiqi səbəbindən 2020-ci il ərzində istehsal ciddi zərərlə üzləşib. Əsas ixrac bazarlarında avtomobillərə olan zəif tələbat və “Brexit”lə bağlı qeyri-müəyyənlik problemləri bir qədər də artırdı. Avtomobil ixracı illik müqayisədə 29,1% azalıb, lakin Britaniyada istehsal olunan nəqliyyat vasitələrinin 81,3%-i (2019-cu ildə 81%) ixracın payına düşüb.
Avropa İttifaqı 53,5% payla Britaniya avtomobillərinin ən böyük idxalçısı olaraq qalır, avtomobillərin 17,7%-i ABŞ-a, 7,6%-i Çinə, 1,1%-i isə Rusiyaya ixrac olunur.
Buna baxmayaraq, Böyük Britaniyada hibrid və elektrikli nəqliyyat vasitələrinin istehsalı ötən il artıb və 2020-ci ildə ölkədə istehsal olunan bütün avtomobillərin 18,8%-ni təşkil edib. Halbuki bir il əvvəl onların payı 14,8% idi.