Yağışlı hava şəraiti ilə əlaqədar yollarda sürət həddi aşağı endirilib.
Bu barədə “Banker.az”a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Heydər Əliyev prospekti – Hava limanı və Zığ yolu – Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını tövsiyə edirik.