20 C
Baku
Wednesday, October 9, 2024

İki fərqli əkiz…

Bir ailə əkiz övladlara sahib idi. Onlardan biri ümidlərlə zəngin optimist idi. Onun ən sevimli sözü “Hər şey yaxşılığa doğrudur” idi. İkinci əkiz isə daim qüssəli və heç bir şeydən qane olmağı bacarmayan pessimist idi. Bu vəziyyətdən narahat olan valideynlər əkizləri psixoloqa aparır.

Psixoloq əkizlər arasındakı münasibəti bərabərləşdirmək üçün belə bir plan təklif edir:

—Əkizlərin növbəti ad günündə uşaqlarınıza hədiyyələri öz otaqlarında açmaq imkanı verin. Ala biləcəyiniz ən yaxşı hədiyyələri pessimist üçün alın. Optimistə isə bir qutu qara torpaq hədiyyə edin.

Valideynlər məsləhəti nəzərə alaraq səbirsizliklə əkizlərin doğum gününü gözləməyə başlayırlar. Ad günü gəldikdə isə hədiyyələri psixoloqun dediyi kimi təşkil edirlər. Onlar pessimistin olduğu otağa yaxınlaşdıqda onun necə yüksək səslə deyindiyini eşidirlər:

— Kompüterin rəngini heç bəyənmədim… Əminəm ki, tezliklə xarab olacaq… Axı bu oyunu mən heç sevmirəm… Bilirəm ki, kimsə artıq məndə olduğundan daha çox oyuncaq maşın hədiyyə alıb…

Valideynlər optimistin otağına yaxınlaşdıqda isə kiçik optimistin necə sevinclə torpağı havaya atdığını və qəhqəhə çəkərək bunları dediyini müşahidə edirlər:

—Siz məni aldada bilmərsiniz! Bu qədər torpaq varsa, deməli içindən mənim sevimli at oyuncağım çıxacaq!

Son xəbərlər
Digər xəbərlər