Azərbaycanda 2020-ci ilin dekabrında əcnəbi vətəndaşların manata inamı artmış kimi görünür.
1 yanvar 2021-ci il tarixinə Azərbaycanda fiziki şəxslərin depozitlərinin həcmi 8 milyard 177.9 milyon manat təşkil edib. Bunun da 7 milyard 897.1 milyon manatı yerli vətəndaşların və 280.8 milyon manatı isə əcnəbilərin olmuşdur. Bu barədə Banker.az Mərkəzi Banka istinad edir.
Yerli vətəndaşların depozitlərinin 4 milyard 27.1 milyon manatı milli, 4 milyard 150.8 milyon manatı isə xarici valyutada olmuşdur. Beləliklə yerli vətəndaşlar manatda olan depozitlərini 7.6% artırıb, xarici valyutadakını isə 0.4% azaldıb.
Əcnəbilərin isə depozitlərinin 115.2 milyon manatı milli valyutada, 165.6 milyon manatı xarici valyutadadır. Əcnəbilər Azərbaycan manatında yatırımı 11.2% artırmaqla, xarici valyutada 3.3% azaldıblar. Söhbət burada da son bir aydan gedir.
Əcnəbilərin manatda olan depozitlərinin portfeli 2020-ci ildə pandemiya ucbatından sərt karantinin tətbiq edilmədiyi zamanın göstəricilərinə qədər yüksəlib.