-3 C
Baku
Sunday, December 15, 2024

“TBC Bank” BOKT-un rəhbərliyi azərbaycanlıya həvalə edilib

Gürcüstanın “TBC Bank”ının Azərbaycandakı törəməsinin “TBC Kredit” MMC bank olmayan kredit təşkilatına (BOKT) yeni baş direktor təyin edilib.

Banker.az xəbər verir ki, bu, Əjdər Əliyevdir.

Ə.Əliyev bu vəzifədə Spartak Tetraşvilini əvəz edib.

“TBC Kredit” BOKT 1999-cu ildən Azərbaycan bazarında fəaliyyət göstərir. $10 milyon nizamnamə kapitalına sahibdir.

S.Tertaşvilinin “TBC Kredit” BOKT-un baş direktoru kimi 5 illik səlahiyyət müddəti başa çatması və yanvar ayından “TBC Bank Uzbekistan”ın İdarə Heyəti sədri vəzifəsinə getməsi ilə əlaqədar hazırkı vəzifədən istefa verəcəyi yerli mətbuatda artıq bir ay əvvəlcədən bildirilmişdi.

Son xəbərlər
Digər xəbərlər