“Aqroservis” ASC “Himmara Audit” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə 2020-ci il üzrə maliyyə hesabatının auditi xidmətinin satınalınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 48 500 manatdır.
Qeyd edək ki, “Himmara Audit” şirkəti 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Bu audit şirkətinin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Miremil Əzizlidir.