Azərbaycanda təbii suyun təmizlənməsi və boru kəməri ilə bölüşdürülməsi xidmətləri həcmi 2020-ci il üzrə 302.9 mln m3 təşkil edib. Banker.az bunu Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu isə 2019-cu ilin analoji dövrü ilə müqayisədə 235.8 m3 və ya 4.5 dəfə çox olması deməkdir.
2019-cu ildə təbii suyun təmizlənməsi və boru kəməri ilə bölüşdürülməsi xidmətləri həcmi 67.1 milyon m3 təşkil edirdi.
Hesabat ilində təbii suyun yığılması 252.9 milyon m3 əhatə edir. Bu da hesabat ilindən öncəki ildə cəmi 47.07 milyon olub.