2020-ci ildə Azərbaycan 113.6 milyon ABŞ dolları dəyərində fındıq ləpəsi ixrac edib.
Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin yanvar sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin ilə müqayisədə 10.6 milyon ABŞ dolları və yaxud 8.5% azdır.
2019-ci ildə isə Azərbaycandan xarici ölkələrə 124.2 milyon ABŞ dolları dəyərində fındıq ləpəsi ixrac olunub.