Səudiyyə Ərəbistanın neftin hasilatı azaltmaqla bağlı sözünə əməl etməsi və ABŞ-da neft ehtiyatlarının azalması bu bazarda defisit qorxusu yaradıb. Bu isə öz növbəsində qlobal enerji bazarında neftin qiymətinin son saatlarda bahalaşdırmağa sövq edir.
WTI Nyu-Yorkun əmtəə birjasında 1.28 dollar (2.39%) bahalaşmaqla mart fyuçerslərində 54.83 dollar/barrel olub. Brent nefti isə Londonun qitələrarası fond birjasında 1.33 dollar (2.36%) bahalaşmaqla 57.68 dollar/barrel təşkil edib. Göstəricilər Bakı vaxtı ilə 17:50 radələrinə istinad edilir.
ABŞ hökumətinin son həftəlik göstəricilərində Oklahomadakı Kuşinq anbarlarında 2.3 milyon barrel azalma olub. Analitiklər həftə üzrə göstəricilərdə daha 2.3 milyon barrel azalacağı gözlənilir.
İlin əvvəlində fevral və mart aylarında gündəlik neft hasilatını əlavə 1 mln barrel azaldacağına vəd edən Səudiyyə Ərəbistanı, dediyini gerçəkləşdirməyə başlayıb. OPEC-dəki mənbə bildirib ki, S.Ərəbistanı arıtıq işlərini bu plan üzrə aparmaqdadır.