2020-ci ildə Azərbaycanda mənzil bazarının qiymət indeksləri açıqlanıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, , 2020-ci ildə mənzil bazarında qiymət indeksi 2019-cu illə müqayisədə 99.9 faiz təşkil edib.
2020-ci ildə 2019-cu ilə nisbətən ilkin mənzil bazarında qiymət indeksi 99.5%, təkrar mənzil bazarında isə qiymət indeksi 99.9% olub. Belə ki, ilkin mənzil bazarında qiymət 0.5%, təkrar mənzil bazarında isə 0.1% ucuzlaşıb.
2020-ci ilin 4-cü rübündə 2019-cu ilin eyni dövrünə nisbətən ilkin mənzil bazarında qiymətlər 0.1 faiz artıb, təkrar mənzil bazarında qiymətlər isə sabit qalıb.