“Xidmətlər zərfinin hər il daha da genişləndirilməsi üzərində işlər gedir”.
Bunu İcbari Tibbi Sığorta Agentliyinin Tibbi İddialar Departamentinin rəhbəri Vüqar Qurbanov deyib.
“Ötən il ərzində zərfə 2550-yə yaxın xidmət daxil olub. 2021-ci il üçün isə bu rəqəm 2800-ə yaxın olacaq. Kardioloji və nevroloji əməliyyatlar xidmətlər zərfinə əlavə edilib. Bura əsasən qapalı və açıq ürək əməliyyatları daxildir”, – o vurğulayıb.