Türkiyə Maarif Fondunun sədri, professor Birol Akgün quruluşun Azərbaycan şöbəsinin açılması üçün Bakıya gəlib.
Bu barədə məlumatı “TRT Avaz” telekanalı yayıb.
B.Akgün Azərbaycanda Türkiyə Maarif Fondunun məktəblərinin açılacağı anonsunu da verib: “Azərbaycanla iki ildir üzərində işlədiyimiz anlaşma memorandumu var. Bu gün razılaşa bildik. Bu gün təhsil və xarici işlər nazirləri ilə görüşdük. Sənədin imzası aysonu Türkiyəyə gələcək Azərbaycanın təhsil naziri Emin bəyin iştirakı ilə atılacaq. Daha sonra biz burada ofis açacağıq və ən qısa zamanda texnik prosedurları tamamlayaraq Türkiyə Maarif Fondunun məktəblərini açmağa başlayacağıq”.
Xatırladaq ki, bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Maarif Fondunun sədri Birol Akgünü qəbul edib.