6 C
Baku
Sunday, December 15, 2024

Tramp impiçment prosesində çıxışdan imtina edib

ABŞ-ın keçmiş lideri Donald Tramp Senatda impiçment üzrə prosesdə çıxış etmək niyyətində deyil.

Bu barədə CNN sabiq prezidentin vəkilləri Bryus Kastor və Devid Şoenə istinadən bildirib.

Qeyd edək ki, Nümayəndələr Palatasının üzvləri Trampdan impiçment üzrə dinləmələrdə ifadələr verməyi tələb ediblər.

Keçmiş dövlət başçısının hüquqşünasları isə bu sorğunu “piar-fənd” adlandırıblar.

“İmpiçment iddiası qaldırmaq məqsədilə Konstitusiyamızdan istifadə etmək bu oyunları oynamağa cəhd göstərmək üçün çox ciddidir”, – deyə məktubda qeyd edilir.

Trampın müşaviri Ceyson Miller də həminin telekanala sabiq liderin Senatda ifadə verməkdən imtina etdiyini deyib.

“Prezident qeyri-konstitusiyalı təhqiqatın gedişatında ifadə verməyəcək”, – o qeyd edib.

ABŞ Senatının keçmiş prezidentin impiçmenti işi üzrə iclası fevralın 9-da keçiriləcək. Tramp yanvarın 6-da Vaşinqtonda baş verən qarışıqlıqlara təhrikçilikdə ittiham edilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər