Çin “Sinovac” şirkətinin istehsal etdiyi “Coronavac” koronavirusa qarşı vaksinlərini rəsmi şəkildə təsdiqləyib.
Bu qərar həmin vaksinlərin ölkə ərazisində geniş istifadəsinə imkan tanıyır.
Qeyd edək ki, bu vaksinlərin hazırlanma prinsipi zərərsiz hala gətirilmiş virus hissəciklərinin bədənə yeridilməsinə və immunitet müqaviməti formalaşdırmağa əsaslanır.