Şərqi Afrika ölkəsi Sudanın baş naziri Abdalla Hamduk keçid hökumətini buraxıb.
Bu barədə Sudan İnformasiya Agentliyi məlumat yayıb.
Fevralın 8-də ölkədə yeni hökumətin tərkibi elan olunmalıdır.
Sudan baş naziri Konstitusiya Bəyannaməsinə əsaslanaraq yeni Nazirlər Kabinetinin formalaşması üçün keçid hökuməti üzvlərinin səlahiyyətlərinə xitam verildiyini bildirib:
“Siyasi razılaşma (ordu və müxalif qüvvələr arasında) və Konstitusiya Bəyannaməsinin qüvvəyə minməsindən sonra təyin edilən nazirlər islahatların təməlini atıb və demokratiyaya keçidə start verərək üzərlərinə düşən missiyanı yerinə yetiriblər”.