2020-ci il ərzində Azərbaycanın xaricə qaz satışı 13.5 mlrd kubmetr təşkil edib.
Banker.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi tərəfindən 2020-ci ildə görülmüş işlərə dair hazırladığı hesabatda deyilir.
Bildirilib ki, bu 2019-cu illə müqayisədə xaricə qaz satışı 15.6 % çox olub.
Qeyd edək ki, Türkiyəyə təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə çatdırılır. Gürcüstana isə Bakı-Tbilisi-Ərzurum və Qazıməmməd-Qazax kəmərləri vasitəsilə nəql olunur.