9 C
Baku
Friday, December 13, 2024

İlin əvvəlindən banklar 78.6 mln manat ipoteka krediti verib

Ötən ay banklar tərəfindən 82,0 mln manat ipoteka kreditləri verilib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, banklar tərəfindən verilən ipoteka kreditləri son 1 ay ərzində 3.4 mln manat artıb. İlin əvvəlindən isə banklar 78.6 mln manat ipoteka krediti verib.

AİF tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlər isə 109.7 mln manata çatıb. Maliyyələşdirilmiş ipoteka kreditləri isə son bir ay ərzində 15.3 mln manat artıb.

Həmçinin AİF tərəfindən verilən ipoteka kreditləri üzrə isə faiz dərəcəsi ötən ay olduğu kimi 6,82% təşkil edib. Kreditlərin müddəti isə artaraq 279 ay , aylıq ödənişlər isə azalaraq 318,7 manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər