3 C
Baku
Saturday, December 14, 2024

Hədəflərə çatmağımızı əngəlləyən 3 maneə

Neyropsixoloq Teo Tsausidis “Maneəli beyin” adlı kitabında hədəflərə çatmağımızı əngəlləyən gizli maneələrdən və onlardan necə qurtula biləcəyimizdən bəhs edir. Beyin – güclü bir vasitədir. Onu idarə etməyi bacarsanız, çox sayda problemi həll etmiş olacaqsınız. İdarəetmə prosesi iki elementdən ibarətdir: dərk və iştirak.

Dərk – maneənin nə olduğu, nələrə gətirib çıxardığı və hədəfə çatmağa necə kömək etdiyini başa düşməkdir.

İştirak – yeni düşüncə və davranış tərzini inkişaf etdirmək və hər hansı bir tapşırığa nail olmaq bacarığı üçün lazımlı hesab etdiyini addımlar atmaqdır.

Düşüncənin pozulması maneələr yaradır, nəticədə yavaşlayırıq, axınla getməyi seçirik və bəzən hətta geri çəkilməyə başlayırıq. Bu maneələr motivasiyanı dayanacağa, nəticəliliyi fəaliyyətin təqlidinə, xəyalları isə həsrətə çevirir. Hərəkətlərimiz mənası, təsirsiz hala gəlir və uğurlara səbəb gətirib çıxarmır.

İndi isə beynin beş gizli maneəsinə və onları aradan qaldırmaq üçün istifadə edə biləcəyimiz strategiyalara nəzər yetirək.

Maneə 1. Özünə güvənməmək

Canavar bizim içimizdədir. Və onun bir çox adları var: özünə inamsızlıq, utancaqlıq, aşağı özünəgüvən və s. Nə edəcəyiniz aydın olmadıqda, qorxu hissini doğurur. O isə hərəkətə mane olur və həssaslığı gücləndirir. Yeni şeylər sınamaqda, ünsiyyət qurmaqdan, diqqət mərkəzində olmaqdan və həyatınızı dəyişdirməkdən çəkinirsiniz. Əslində, daimi olaraq qorxu içində yaşamaqdan daha acınacaqlı bir şey yoxdur.

Problemin həlli

Baxmayaraq ki, heç bir təhlükə yoxdur, şübhə beyin narahatlığa cavab verməyə başladığı zaman yaranır. Bunun qarşısını almaq üçün beyinə lazımsız qorxuları yatırmağı öyrətmək lazımdır.

Qorxunuzu öyrənin. Tanış iblis yad iblisdən yaxşıdır. Çox vaxt qorxular məlumat çatışmazlığı ilə əlaqələndirilir. Faktlar və məlumatlar beyni dörd fazalı sxemə keçirir: “dayan – qaç – vur – təslim ol”. Bu səbəbdən qorxuya qalib gəlməkdə çox vaxt çətinlik çəkirik.

Malkolm Qladuell “Dahilər və autsayderlər. Niyə bəzilərinə hər şey, digərlərinə isə heç nə?” kitabında müvəffəqiyyətin davamlı təcrübədən asılı olduğunu yazır. Nəticə: bilmədiyinizi öyrənin və təkrar-təkrar edin.

Maneə 2. Süründürməçilik

Hər bir insanın günahkar olduğu bir cinayət varsa, o da süründürməçilikdir – işləri sonraya saxlamaq. Unutmayın ki, uğurun əsas ünsürü hərəkətdir. O olmasa, istəyinizə nail ola bilməyəcəksiniz. Süründürməçilik ləngimələr yaratdığına görə, ona uymaq heç nə etməmək kimidir.

Həyatı hədəflərin – karyera inkişafı, şəxsi biznes, maliyyə müstəqilliyi – tarixi yoxdur. Tarix yoxdursa, pis nəticə də yoxdur. Bu həm də işi təxirə salmaq deməkdir. Hərəkət yoxdursa, nəticə də yoxdur. Bu, sonsuzluğa qədər davam edən bir prosesdir.

Problemin həlli

Bəzən istəklərimizlə lazım olanlar arasındakı əlaqə aydın olmur. Və görüləsi işlərin hədəflərə nə aidiyyəti olduğunu başa düşmürük. Mənzərəyə aydınlıq gətirmək və hədəfinizə doğru irəliləməyə başlamaq üçün bir neçə məqamı nəzərdən keçirin.

Hansı bacarıqlara ehtiyacınız var? Bu işi özünüz yerinə yetirməlisiniz? Bəlkə kiməsə həvalə edə bilərsiniz? Əgər özünüz yerinə yetirməlisinizsə, bunu etmək üçün əlinizdə hansı seçimlər var?

Maneə 3. Çoxvəzifəlilik

Uzun illər ərzində eyni anda bir neçə iş görmək bacarığı yüksək qiymətləndirilib, bu bacarığa sahib olan insanlar isə əvəzolunmaz adlandırılıb. Lakin bir müddətdən sonra çoxvəzifəliliyin yan təsirləri ortaya çıxmağa başladı: konsentrasiya aşağı düşür, insan özünü narahat və yorğun hiss edir, daim tələsir.

Çoxvəzifəlilik mötərizə daxilindəki həyata bənzəyir: həmişə bir şeyə başlamalı və ya bitirməli, hadisələri bir-birinə qarışdırmalı olursunuz. Məsələn, belə:

(14 + (4 × 5 (6 + 1 – 9)) / (6 + 72 / (3 × 3) + 7 + (9 – 4) / 5 × (3 + (8 / 4) / 5)))) = x

Çoxvəzifəlilikdən nə qədər çox istifadə etsəniz, qapalı mötərizələrin sayı da bir o qədər artacaq.

Əksər tədqiqatçılar dörd idarəetmə növünü göstərirlər.

1. Fokuslanmaq (fənəri yandırmaq). İnsan ətrafındakı vəziyyəti görür və nəyə diqqət yetirəcəyini özü seçir. Bu, qaranlıq otaqda fənər yandırıb qarşındakı obyektləri görmək kimidir.

2. Saxlamaq (işığın sönməsinə yol verməmək). Diqqəti saxlamaq – uzun müddət ərzində bir şeyə konsentrasiya olmaq qabiliyyətidir.

3. Seçim və görməməzlikdən gəlmək (işığı bir nöqtədə tutmaq). Bu, diqqəti bir şeyə yönəltmək və onu yayındıran amillərə məhəl qoymamaq qabiliyyətidir.

4. Diqqəti dəyişdirmək və ya ardıcıllığa salmaq (bir tapşırıqdan digərinə keçmək). Əgər hal-hazırda hər hansısa tapşırıq üzərində çalışırsınızsa, diqqətinizi digər bir tapşırıq üzərinə yönləndirə bilərsiniz. Əsas odur ki, iksini eyni anda etməyəsiniz.

Paolo Kardini 2012-ci ildə TED çıxışında çoxvəzifəlilik yerinə belə bir təklif irəli sürdü: birvəzifəlilik. Bu bacarığı inkişaf etdirməyə dəyər! Hədəfinizi düşünün. Bu an nə edəcəyinizi müəyyənləşdirin və birvəzifəlilik rejimini seçin.

 

 

Son xəbərlər
Digər xəbərlər