Türkiyənin ən böyük özəl bankı “İş Bankası” ötən ili 6,8 milyard türk lirəsi (961,79 milyon ABŞ dolları) xalis mənfəətlə başa vurub.
Bu barədə xarici mətbuata istinadən xəbər verilir.
Bu il yanvarın 1-nə “İş Bankası”nın xalis faiz gəliri və komissiya haqqı üzrə gəlirlər 25,2 milyard TL (3,564 milyard ABŞ dolları), xalis haqq və komissiya gəliri isə 5,62 milyard TL (794,9 milyon ABŞ dolları) təşkil edib.
Ötən ilin son rübündə isə bankın xalis mənfəəti 1,6 milyard TL (226,3 milyon ABŞ dolları), depozit portfeli 368,9 milyard TL (52,176 milyard ABŞ dolları), kapitalı isə 67,8 milyard TL (9,589 milyard ABŞ dolları) olub.
Hesabat dövründə “İş Bankası”nın cəmi aktivləri ilik müqayisədə 26,9 % artaraq 593,9 milyard TL-yə (83,999 milyard ABŞ dolları) çatıb.
Qeyd edək k, bu ilin əvvəlindən bəri bankın səhmlərinin dəyəri beynəlxalq bazarlarda 9 % azalıb.